Hazırda Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur.

Bu barədə Axar.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.

"DYP bir daha bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır", - məlumatda qeyd olunub.