"M/T Eureka" tankeri Yəmən sahillərində naməlum silahlılar tərəfindən ələ keçirilib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Yəmən Sahil Mühafizəsi məlumat yayıb.

Hadisə Şabva əyaləti sahillərində baş verib. Toqo bayrağı altında üzən 2006-cı ildə inşa edilmiş tanker ələ keçirildikdən sonra Ədən körfəzinə, Somali sahilinə yönləndirilib.

Artıq tankerin yeri müəyyən edilib və ekipajın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.