Fransanın paytaxtı Parisdə Azərbaycana aid sərgi təşkil olunub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi məlumat yayıb.

"Parisdə Azərbaycan mədəniyyətinin qəlbinə səyahət edilib", - məlumatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin muzeyinə özəl ziyarət ölkənin ənənələri, tarixi və incəsənəti ilə tanış olmağa imkan yaradıb.