"Şamaxı"nın yay təlim-məşq toplanışında qarşılaşacağı sonuncu rəqib müəyyənləşib.

Sizinxəbər.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "şirlər" avqustun 9-da "Zirə" ilə üz-üzə gələcəklər.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 17:45-də start götürəcək.

Qeyd edək ki, Ayxan Abbasovun kollektivi daha öncə bu tarixdə "İmişli" ilə qarşılaşma planlasa da, qarşı tərəfin son anda imtina etməsi səbəbindən oyun baş tutmayacaq.