Avropa İttifaqı bu gün Ukraynaya yeni bir milyard avro ayırır.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen "X"də yazıb.

"Rusiya-Ukrayna müharibəsindən bəri ümumi dəstəyimizi təxminən 150 milyard avroya çatdırırıq. Biz Ukrayna ilə birlikdəyik", - deyə o əlavə edib.