Fariz Cəfərov: "Azərbaycanda yeni bizneslərin yaradılmasına dəstək göstəriləcək"
Azərbaycanda rəqəmsal iqtisadiyyata dair yeni bizneslərin yaradılmasına dəstək göstərmək planlaşdırılır.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.
"Rəqəmsal iqtisadiyyat çərçivəsində rəqəmsal transformasiya proqramlarından keçməyi, bazarda yeni bizneslərin qurulmasına dəstək göstərməyi planlaşdırırıq. Eyni zamanda, rəqəmsal transformasiya proqramı icra edən zaman əsasən şirkətlərin daha çox data infrastrukturuna, insan resurslarına ehtiyacı olur. Buna görə şirkətlərin bu sahədə ixtisaslaşmış, bilikli insanlara ehtiyacları var", - F. Cəfərov qeyd edib.
Onun sözlərinə görə, digər məsələ hökumətə məlumatların idarə edilməsində kömək etməkdir: "Çünki məlumatlara əsaslanan yanaşma olmasa, biznes dəyişikliklərinə cavab vermək çox çətin olacaq. Beləliklə, onlara uyğunlaşmaq üçün sürətli addımlar atmaq lazımdır. Bu mənada Azərbaycan vətəndaşlarını maarifləndirmək mühüm əhəmiyyət kəsb edir. Artıq keçmiş məcburi köçkünlər azad edilmiş ərazilərə qayıdırlar və onlara rəqəmsal bacarıqlar verməliyik".
Oxşar xəbərlər
Fariz Cəfərov: "Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq"
4SİM: Kriptovalyuta biznesindən gəlir əldə edənlər üçün yeni vergi qaydaları hazırlanır
4SİM gələn il 200 min nəfərin təhsilinə dəstək verməyi planlaşdırır
Fariz Cəfərov: "KOB-ların rəqəmsallaşması üçün maliyyə mexanizmlərinə çıxışı təmin edilməlidir"
4SİM: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












