Daha bir dövlət qurumu İT sistemlərini “Hökumət buludu”na köçürüb
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Bu barədə "APA-Economics"ə “AzInTelecom” MMC-dən bildirilib.
Fərmanın tələblərinə uyğun olaraq, daha bir dövlət qurumu – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb. Komitə informasiya sistemləri və ehtiyatlarını tam şəkildə “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.
“AzInTelecom” tərəfindən Dövlət Komitəsi Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidməti ilə təmin olunub. Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı və əlçatan İT infrastrukturu əldə edib.
“Hökumət buludu” haqqında
“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin Bakı Əsas və Yevlax Ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə və 24/7 rejimində monitorinq xidmətinə nail olunur
Oxşar xəbərlər
Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb
SOCAR İT sistemlərini “Hökumət buludu”na köçürüb
“Azəristiliktəchizat” İT sistemlərini “Hökumət buludu”na köçürüb
“Azərbaycan Sənaye Korporasiyası” İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
