Körpəsi olan ailələrə VACİB MƏLUMAT - VİDEO
Uşaqların yatması ilə əlaqədar həmişə valideynlər narahatlıq keçirirlər. Analar körpələrin ya çox yatmasından, ya da az yatmasından narahatlıq keçirirlər.
Türkiyənin tanınmış pediatrı, yuxu məsləhətçisi Esra Teymur Şimşək körpələrdə yuxu rejimi haqqında məlumat verib.
Körpələr üçün ilk 4 ayın əhəmiyyətli olduğunu və bu müddətdə körpələrin istədikləri kimi yatırılması lazım olduğunu bildirib.
O, anaların körpələrinin ağlamasından çox asanlıqla təsirləndiyini və bunun körpələrin ünsiyyət üsulunu əngəllədiyini bildirib.
"Körpəyə ağlamamağı söyləmək, bir insana danışmamağı söyləmək kimidir"
Analar körpələrinin ağlamasından çox asanlıqla təsirlənirlər. Esra Şimşək bu məsələdə diqqətli olmağı tövsiyyə edib:
“Ağlamaq körpələrin ünsiyyət üsuludur. Körpəyə ağlamasını söyləmək, bir insana danışmasını söyləmək kimidir.
Körpələri susdurmaq üçün ən çox seçilən üsul ana südü kimi görünsə də, məqsədimiz "Körpələri susdurmamalıyıq, əksinə sakitləşdirməliyik. Körpələrimizi müşahidə edib onların nə istədiklərini və ehtiyaclarını anlamalıyıq", - deyə həkim bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Salyanda doğulan körpələrin sayı azalıb, cins nisbəti pozulub
Özəl bağçada ÖZBAŞINALIQ: Natəmizlik, Şiddət, Nəzarətsizlik
Pediatr: “Üç yaşdan yuxarı olan uşaqlara turşu kələm məsləhət görülür”
ABŞ bu həftə İranın İsrailə qarşı əhəmiyyətli hücumlarına hazırlaşır
İsti hava meteohəssas insanlarda narahatlıq yarada bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













