Alimlər immun hüceyrələrinin işini gücləndirən məhsulu müəyyənləşdiriblər

Çinli alimlər düyü kəpəyindən əldə edilən peptidlərin immun hüceyrələrinin fəallığını artıra biləcəyini müəyyən ediblər.

"Report"un məlumatına görə, tədqiqatın nəticələri "Food & Function" (F&F) jurnalında dərc olunub.

Tədqiqatçılar kəpəkdən fermentativ hidroliz və "Lactobacillus plantarum" bakteriyaları ilə fermentasiya vasitəsilə peptidlər əldə ediblər. Emaldan sonra həll olunan zülalın miqdarı 10 dəfədən çox artaraq 6,73 faizdən 74,24 faizə yüksəlib. Həmçinin orqanizm tərəfindən daha asan mənimsənilən qısa peptidlərin payı da artıb.

"RAW264.7" immun hüceyrələri üzərində aparılan eksperimentlər göstərib ki, bu cür peptidlər hüceyrələrə zərər vermir, lakin onların fəallığını nəzərəçarpacaq dərəcədə artırır. Xüsusilə hüceyrələr yad hissəcikləri daha fəal udmağa başlayıb, formalarını dəyişib və immun cavabı ilə əlaqəli daha çox molekul istehsal ediblər. Bundan əlavə, tədqiqatçılar iltihab və orqanizmin müdafiəsinin tənzimlənməsində iştirak edən maddələr olan "TNF-α", "IL-6" və "IL-10" səviyyəsinin artmasını qeyd ediblər.

Müəlliflər həmçinin patogenlərin tanınmasında mühüm rol oynayan "TLR4" reseptorunun fəallığının artmasını aşkar ediblər. Alimlərin fikrincə, bu, düyü kəpəyindən əldə edilən peptidlərin immun mexanizmləri təbii yolla işə salmaq qabiliyyətinə işarə edir.

Tədqiqatçılar hesab edirlər ki, çox vaxt düyü emalının yan məhsulu sayılan düyü kəpəyi immunitetin dəstəklənməsi və funksional qidaların hazırlanması üçün təbii komponentlərin perspektivli mənbəyinə çevrilə bilər.

SON XƏBƏRLƏR

Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN

Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi

I yarımildə pensiyalara 4 milyard manat vəsait yönəldilib

ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi

Magyar Ərdoğanla Şərifin hədiyyələrini müqayisə etdi

Əliyevdən Makrona: Yeni dövr başladı!

"Expressbank" Xankəndi şəhərinə mediatur təşkil edib

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

MM sığorta ödənişlərinin peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə görə ödənilməsini qəbul edib

Şuşa Forumunda mütəxəssislər süni zəkanın media sahəsinə təsirini dəyərləndiriblər

Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir

İcbari tibbi sığorta şəhadətnaməsinin elektron formata keçirilməsi III oxunuşda qəbul olunub

Azərbaycanda enerji effektivliyi haqqında qanunda dəyişiklik qəbul olunub

"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib

Miqrasiya prosedurlarının elektronlaşdırılmasına dair dəyişiklik son oxunuşda təsdiqlənib

Bakıda 172 nömrəli marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir

Milli Məclis "Aviasiya haqqında" qanununa dəyişiklikləri qəbul edib

İran səfirinin müavini Hörmüzdəki hücumlarda dənizçinin ölümü ilə bağlı Hindistan XİN-ə çağırılıb

Azərbaycanla Türkmənistan ticarət dövriyyəsinin həcminin artırılmasını müzakirə edib

BÜTÜN XƏBƏRLƏR