Yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA
Faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 14-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
Düşən yağıntının miqdarı Şəkidə 22, Ağstafa və Zaqatalada 21, Sarıbaşda (Qax) 14, Şəmkirdə 9, Bərdədə 6, Balakəndə 5, Gəncə, Goranboy, Tovuz və Gədəbəydə 4, Daşkəsən və Göygöldə 2, Mingəçevir, Yevlax, Şahdağ, Ceyrançöl, Naftalan, Şahbuz, Ordubad və Qəbələdə 1 mm-dir.
İyunun 13-də 20:50 radələrində Ağstafa rayonunun Köçəsgər kəndinə xırda dolu düşüb.
Bəzi yerlərdə qərb küləyi əsir, Şəkidə 25, Naftalanda 22, Balakən, Oğuz, Xınalıqda 20, Tərtər, Mingəçevirdə 18, Culfada 16, Zaqatalada 15 m/s-dək güclənir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan MR-da 37, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınır.
Oxşar xəbərlər
Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Yağışlı və küləkli hava mayın 6-dək davam edəcək
Bölgələrə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Əksər rayonlarda hava yağıntılı və küləklidir - Faktiki hava
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












