İtaliya səfiri ADA Universitetinin rektoru ilə görüşüb
İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko həyat yoldaşı ilə birgə ADA Universitetinə baş çəkərək ali təhsil ocağının rektoru Hafiz Paşayevlə görüşüb.
“Report” xəbər verir ki, bu barədə diplomatik missiyanın bildirib.
“Səfir Luka di Canfrançesko xanımı Vayame Bunejar ilə birlikdə ADA Universitetində olub və rektor Hafiz Paşayevlə görüşüb. Söhbət zamanı İtaliya–Azərbaycan Universitetinin 2022-ci ildən etibarən İtaliyanın 5 universiteti ilə birgə təşkil edilən kurslarından bəhs edilib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev İtaliya–Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
Oxşar xəbərlər
BMU-nun yeni rektoru kimdir? - Dosye
İlham Əliyev Qarabağ Universiteti ilə bağlı sərəncam imzaladı: Maliyyə ayrıldı
Azərbaycan İtaliya ilə elektrik doldurma infrastrukturunun qurulması üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycanlılar dostlarımızdır, tapşırmışam ki... - Səfir
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













