Suriya Azərbaycanla elm və təhsil sahəsində əməkdaşlığı müzakirə edib
Avqustun 21-də humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun onlayn formatda ilk iclası baş tutub.
Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüşdə elm və təhsil nazirinin müavini, humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun rəhbəri Kənan Kərimzadə, Azərbaycan tərəfindən İşçi Qrupunun üzvləri, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov, həmçinin Suriya Ərəb Respublikasının ali təhsil və elmi araşdırmalar nazirinin müavini, humanitar sahələri əhatə edən Suriya–Azərbaycan İşçi Qrupunun rəhbəri Ğeys Varqouzeq və Suriya tərəfindən İşçi Qrupunun üzvləri iştirak ediblər.
Sözügedən görüş çərçivəsində iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, habelə suriyalı tələbələrin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində təhsil alma imkanlarının araşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 4 may 2025-ci il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun rəhbərliyi ilə Suriya Ərəb Respublikasına təşkil olunmuş rəsmi səfərin nəticəsi olaraq iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə humanitar sahələri əhatə edən Suriya - Azərbaycan İşçi Qrupunun yaradılması barədə qərar qəbul edilmişdi.
Oxşar xəbərlər
ETN: Suriyalı tələbələrin Azərbaycanda təhsil alma imkanları araşdırılır
Azərbaycanın müvəqqəti işlər vəkili Suriya XİN rəhbərinin köməkçisi ilə görüşüb
Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində bir sıra görüşlər keçirib
Suriya Prezidenti Əhməd Əl Şaraa Azərbaycana gəlib - YENİLƏNİB
Magistratura səviyyəsində 10 ixtisas qrupunun 129 ixtisası üzrə 925 ixtisaslaşma təklif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








