Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.
Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Qax, Şəki, Zaqatala, Şamaxı, Göyçay, Bərdə, Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Gədəbəy,Göygöl, Qusar, Sabirabad, Neftçala, Hacıqabul, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Samux, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Lerik, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Daşkəsən, Qobustan, Goranboy, Naftalan, Mingəçevirdə isə qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bakıda və rayonlarda külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib
Sabah külək güclənəcək - XƏBƏRDARLIQ
Bakıda və bəzi bölgələrdə külək güclənəcək, sarı və narıncı xəbərdarlıq verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













