Həftənin ilk günü Azərbaycanda 38 dərəcə isti olacaq
Sabahın hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Oxşar xəbərlər
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
Sabah Azərbaycanda 37 dərəcə isti olacaq
Sabaha olan hava proqnozu açıqlanıb
Aprelin ilk gününün havası - 24 dərəcə isti olacaq
Sabah hava necə olacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













