Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
sizinxeber.az xəbər saytı

Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə növbəti görüşünü keçirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Mentorluq proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub, fərdi inkişaf planına nəzər salınıb, qalibin çalışdığı sahə üzrə qazandığı biliklər və növbəti addımları öyrənilib, mövcud potensialının inkişaf etdirilməsi istiqamətində ona tövsiyələr verilib.

Eyni zamanda, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Muxtar Babayev BMqT rəsmisi ilə COP29-a hazırlıqlar ətrafında fikir mübadiləsi aparıb
Muxtar Babayev Ukrayna səfiri ilə COP29-a hazırlığı müzakirə edib
Muxtar Babayev İordaniya səfiri ilə COP29-a hazırlığı müzakirə edib
Muxtar Babayev Yunanıstan səfiri ilə COP29-a hazırlığı müzakirə edib
Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle