Çörəyin qiyməti ucuzlaşacaq?
sizinxeber.az xəbər saytı

Çörəyin qiyməti ucuzlaşacaq?




"Azərbaycanda onun qiymətində azalmalar müşahidə edilir və qiymət azalmaları topdansatış qiymətlərində özünü göstərməkdədir. Belə ki, 50 kq unun qiymətində orta hesabla iki manata yaxın azalma var".

Bunu Sizinxeber.az-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

O əlavə edib ki, əgər unun qiymətindəki azalmalar uzunmüddətli olarsa, yenidən hər hansı qiymət dəyişikləri baş verməsi bu çörəyin qiymətinə təsir göstərə bilər:

"Hələlik qiymət azalmaları yeni baş verib və qiymət azalmalarının hansı müddəti əhatə etməsi çörəyin qiymətinə təsir göstərəcək.
Amma əgər iqtisadi baxımdan unun qiymətindəki azalmalar davam edərsə, bu pərakəndə olaraq xərclərin azalması və çörəyin qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər".

Orxan Hüseyn
Sizinxeber.az

Oxşar xəbərlər

Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Bu məhsul UCUZLAŞDI
Bankların göndərdiyi xəbərdarlıq SMS-lərinin qiymətləri artacaq
ŞAD XƏBƏR: Minimum əmək haqqı bu tarixdən artacaq
Pomidorun qiyməti nə vaxt düşəcək? - AÇIQLAMA
Siqaret və siqarların qiyməti nə qədər artacaq? - AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər