Ədliyyə orqanlarına qəbulla bağlı söhbət mərhələsinin nəticələri açıqlanıb
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə APA-ya nazirlikdən bildirilib.
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsi yekunlaşıb.
Bu mərhələdə iştirak etmiş 55 namizəddən zəruri keçid balı toplamış 39 nəfərin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib.
İyul ayının 29-dan etibarən başlayan icbari təlimin yekunları üzrə imtahandan uğurla keçən hüquqşünaslar peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.
Namizədlərə icbari təlimlə bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlamaları bildirilir (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 012-493-71-31).
Söhbət mərhələsində uğur qazanaraq icbari təlimə cəlb olunan namizədlərin siyahısı ilə https://justice.gov.az/news/3796 linkə keçid edərək tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Naxçıvan ədliyyə orqanlarına qəbul imtahanı keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan ədliyyə orqanlarına qəbul imtahanı keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə orqanlarına imtahan keçirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












