Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb, mənzillərin açarları təqdim edilib- FOTO - YENİLƏNİB-1 - VİDEO
sizinxeber.az xəbər saytı

Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb, mənzillərin açarları təqdim edilib- FOTO - YENİLƏNİB-1 - VİDEO


Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdərə rayonunun Suqovuşan kəndinə 185 nəfərdən ibarət 53 ailənin növbəti köçü baş tutub.

APA xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünlərə mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.

Bununla da bugünədək Ağdərə rayonunun Suqovuşan kəndinə ümumilikdə 126 ailə köçürülüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır.

Qeyd edilib ki, Suqovuşan kəndinə köç bundan sonra da davam edəcək. Kəndə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.

***

14.20

Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülüb.

***

13.51

Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

APA-nın xəbərinə görə, Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Oxşar xəbərlər

Suqovuşanda daha 53 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-1 - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər