Ağdaşda 23 yaşlı şəxs əmisini bıçaqlayıb
sizinxeber.az xəbər saytı

Ağdaşda 23 yaşlı şəxs əmisini bıçaqlayıb


Ağdaşda bıçaqlanma hadisəsi baş verib.

Sizinxeber.az-nin Şirvan bürosu xəbər verir ki, Rayonun Birinci Aral kəndində 23 yaşlı Rəhim Kərimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əmisi, 1969-cu il təvəllüdlü Nəriman Kərimova yaşadığı evdə kəsici alətlə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

İsmayıllıda 32 yaşlı şəxs bıçaqlanıb
Qəbələdə 41 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb
Zaqatala 24 yaşlı şəxs bıçaqlanıb
Mingəçevirdə iki nəfər kəsici alətlərlə bir-birinə xəsarət yetirib
Mingəçevirdə 26 yaçlı gənc bıçaqlanıb, saxlanılan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər