“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna yenidən baxılması təklif olunur
sizinxeber.az xəbər saytı

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna yenidən baxılması təklif olunur


“Azərbaycan vətəndaşlığı haqqında” qanunu 3-cü maddəsinin 5-ci bəndində belə bir cümlə var ki, məcburi köçkünlərə aid olan bütün güzəştlər Qərbi Azərbaycandan qovulan qaçqınlara da şamil edilir. Deməli, belə çıxır ki, başqa hal da nəzərdə tutulub.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli deyib.

Deputat bildirib ki, əgər başqa hal nəzərdə tutulubsa, o cümlə yerində deyil: “Bu məsələyə diqqət yetirilməsini xahiş edirəm”

Komitə sədri Musa Quliyev isə qeyd edib ki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna bütövlükdə yenidən baxılmalıdır: “Burada Qərbi Azərbaycandan olan qaçqınlar məsələsini də nəzərə almalıyıq. Yeni reallıqları nəzərə alaraq, bu qanuna yenidən baxmaq yaxşı təşəbbüs olar. Aidiyyəti qurumlarla bu məsələni müzakirə edə bilərik”.

Oxşar xəbərlər

XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Köçkünlər üçün imtiyazların və “çörək pulu”nun hansı müddətədək davam edəcəyinə aydınlıq gətirilib - EKSKLÜZİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa Ukraynaya 150 PUA və altı "Caesar" haubitsası göndərməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər