Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - FOTO
sizinxeber.az xəbər saytı

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - FOTO


1993-cü ildə Kəlbəcərdə itkin düşmüş Zeynalova Təranə (Əsmayə) Davud qızının nəşinin qalıqları ailəsinə təhvil verilib.

APA xəbər verir ki, Təranə Davudovanın nəşinin qalıqları Bərdə rayonunda yerləşən keçmiş məcburi köçkün qəsəbəsinə gətirilib.

Burada şəhidlə vida mərasimi keçirilib.

Şəhidin nəşinin qalıqları Bərdə Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Təranə (Əsmayə) Davud qızı Zeynalova 1970-ci ildə Kəlbəcərdə anadan olub. O, 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi istiqamətində, “Tunel” deyilən yerdə qardaşları Məhəmməd, Nizami və Farizlə birgə itkin düşüb.

Onun nəşinin qalıqları Laçının Malıbəy kəndi istiqamətində tapılıb.

Oxşar xəbərlər

Bərdədə Birinci Qarabağ müharibəsinin mülki şəhidi Təranə Zeynalova ilə vida mərasimim keçirilir
Daha 7 itkin-şəhidin dəfn mərasimi keçiriləcək - FOTO
Nəşinin qalıqları 32 il sonra Daşaltıda tapılan şəhid Salyanda dəfn edilib - FOTO
Bərdədə Birinci Qarabağ müharibəsinin mülki şəhidi Təranə Zeynalova ilə vida mərasimi keçirilir
Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra dəfn yeri və kimliyi bilinən iki şəhid dəfn olunub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle