COP29-da Azərbaycanda şoranlaşmış torpaqların bərpası ilə bağlı innovativ layihənin təqdimatı keçiriləcək - FOTO
sizinxeber.az xəbər saytı

COP29-da Azərbaycanda şoranlaşmış torpaqların bərpası ilə bağlı innovativ layihənin təqdimatı keçiriləcək - FOTO




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC və “AZCHEMCO” MMC şoranlaşmış torpaqların bərpası və kənd təsərrüfatına qaytarılması layihəsində yeni mərhələyə keçiblər..

BAKU.WS xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC ilə “AZCHEMCO” MMC arasında Əməkdaşlıq Memorandumu imzalandıqdan sonra bu qurumların nümayəndələri şoranlaşmış torpaqlardan nümunələrin götürüləcəyi sahələrin müəyyən edilməsi məqsədilə Azərbaycanın rayonlarına səfər ediblər. Nəticədə Ağdaş rayonunda seçilmiş sahədə “Azelab” və “İntertek” laboratoriyalarının mütəxəssislərinin nəzarəti altında 30 sm, 60 sm və 90 sm dərinlikdən torpaq nümunələri götürülüb.

Torpaqlar götürülmə dərinliyinə uyğun olaraq xüsusi hazırlanmış qurğuya yerləşdirilib və "Drip-Drop 369" aqrokimyəvi maddəsindən istifadə olunmaqla damcı suvarma üsulu ilə işlənməyə başlanılıb. Torpağın bərpasından və pH-ın tənzimlənməsindən sonra həmin kanallarla şirkətimizin maye və suda həll olunan gübrələri veriləcək”, - “AZCHEMCO” MMC-nin vitse-prezidenti Rifat Sultanzadə müsahibəsində bildirib.

“AZCHEMCO” MMC-nin mütəxəssislərinin sözlərinə görə, indiki mərhələdə qurğuda olan torpaq “Drip-Drop 369” məhsulu ilə tam təmizlənib: “Nümunənin götürülməsi torpağın dəyişmiş tərkibini təhlil etmək və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədilə tədbirlər planının hazırlanması üçün zəruridir”

Xatırladaq ki, şoranlaşmış torpaqların əkin sahələrinə çevrilməsi kənd təsərrüfatının iqlim dəyişikliyinə təsirini azaltmağa kömək edəcək. Bu innovativ layihənin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təqdimatı planlaşdırılır.

BAKU.WS
QALEREYA

Oxşar xəbərlər

COP29-da Azərbaycanda şoranlaşmış torpaqların bərpası ilə bağlı innovativ layihənin təqdimatı keçiriləcək
Azərbaycanda I yarımildə torpaqdan istifadəyə dair 3 mindən çox qanunsuz hal aşkarlanıb
Sənədsiz evlərə çıxarış almaq asanlaşdı - Yeni qaydalar
Abşeronda suyun təkrar istifadəsi sistemi qurulacaq
COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər