BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub
Cari ilin ilk yarımilində orta ixtisas təhsili müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, aparılmış monitorinq və yoxlamaların nəticələri, həmçinin yaş həddinə çatma ilə əlaqədar bəzi rəhbər şəxslərlə əmək müqavilələrinə xitam verilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Sizinxeber.az-ya verilən məlumata görə, qeyd olunan islahatların aparıldığı müəssisələr sırasında Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Masallı Dövlət Regional Kolleci, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec, eləcə də UNEC nəzdində Sosial-İqtisadi Kollec yer alır. Hazırda adıçəkilən kolleclərin bir qismində yeni rəhbər təyinatları həyata keçirilib və bu proses mərhələli şəkildə davam etdirilir.
Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində ümumilikdə 38 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə mütəmadi olaraq monitorinq və auditlər aparılır, nəticələr əsasında zəruri tədbirlər görülür.
Oxşar xəbərlər
Orta ixtisas təhsili müəssisələrində kadr islahatları aparılır
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə yeni təyinatlar olub
UNEC rektoru kollec təhsilinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verib
Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıb
Gəncədəki Regional Kollecə yeni direktor və müavin təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













