Orta ixtisas təhsili müəssisələrində kadr islahatları aparılır
sizinxeber.az xəbər saytı

Orta ixtisas təhsili müəssisələrində kadr islahatları aparılır


Cari ilin ilk yarımilində orta ixtisas təhsili müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, aparılmış monitorinq və yoxlamaların nəticələri, həmçinin yaş həddinə çatma ilə əlaqədar bəzi rəhbər şəxslərlə əmək müqavilələrinə xitam verilib.

Bu barədə "Sizinxeber.az"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan islahatların aparıldığı müəssisələr sırasında Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Masallı Dövlət Regional Kolleci, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec, eləcə də UNEC nəzdində Sosial-İqtisadi Kollec yer alır. Hazırda adıçəkilən kolleclərin bir qismində yeni rəhbər təyinatları həyata keçirilib və bu proses mərhələli şəkildə davam etdirilir.

Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində ümumilikdə 38 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə mütəmadi olaraq monitorinq və auditlər aparılır, nəticələr əsasında zəruri tədbirlər görülür.

Oxşar xəbərlər

Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib
Bir neçə kollecə təyinat olub
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə yeni təyinatlar olub
UNEC rektoru kollec təhsilinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verib
Çağırışçılarla bağlı mühüm: bu yaş həddi 21-ə endirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər