"Masdar" bu il Azərbaycanda 240 MVt-lıq külək elektrik stansiyasının tikintisinə başlamağı planlaşdırır
sizinxeber.az xəbər saytı

"Masdar" bu il Azərbaycanda 240 MVt-lıq külək elektrik stansiyasının tikintisinə başlamağı planlaşdırır


Masdar bu ilin sonunadək Azərbaycanda 240 MVt-lıq külək elektrik stansiyasının tikintisinə başlamağı planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin MDB ölkələri üzrə biznesin inkişafı və investisiyalar departamentinin rəhbəri Məryəm Raşid Əl Məzrui Bakıda keçirilən 30-cu yubiley "Bakı Enerji Forumu"nda bildirib.

“Gücü 240 meqavat olan külək elektrik stansiyası layihəsi hazırda inkişafın irəliləmiş mərhələsindədir. Ümid edirik ki, bu ilin sonuna qədər tikinti işlərinə başlaya biləcəyik”, – deyə Əl Məzrui deyib.

O əlavə edib ki, Masdar şirkətinin Azərbaycandakı günəş enerjisi layihələri hazırda tikinti mərhələsindədir və gələn il generasiyaya (istehsala) başlamaq nəzərdə tutulur.

“Azərbaycan Masdar üçün strateji bazarlardan biridir. Azərbaycanda və regionda yaşıl elektrik enerjisinin qonşu ölkələrə və Avropaya ixracına yönəlmiş bir sıra təşəbbüslər mövcuddur. Biz bu təşəbbüsləri tam şəkildə dəstəkləyirik. Eyni zamanda, yaşıl enerjinin ixracı üçün bərpaolunan enerji layihələrinin hazırlanmasına və həyata keçirilməsinə də hazırıq”, – deyə Masdar nümayəndəsi qeyd edib.

Oxşar xəbərlər

“Masdar” Azərbaycanın elektrik enerjisinə olan tələbatının 30 %-dən çoxunu BOEM hesabına təmin edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla BƏƏ-nin “Masdar” şirkəti arasında sənədlər imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Masdar”ın baş icraçı direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Masdar” 2030-cu ilə qədər Azərbaycanda elektrik enerjisi bazarının liberallaşacağını gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Masdar”: Azərbaycan "yaşıl enerji" sahəsində özünün investisiya cəlbediciliyini sübut edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər