Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları - Siyahı
sizinxeber.az xəbər saytı

Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları - Siyahı


2024-cü ildə Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2023-cü illə müqayisədə real ifadədə 13.8% artaraq 1 milyard 696 milyon manat olub.

Bu barədə “APA-Economics”ə Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, ötən il kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Bu dövrdə Səbail rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 547 milyon 944.1 min manat təşkil edib ki, bu 2023-cü illə müqayisədə 13.1% çoxdur.

Bu siyahıda ikinci yerdə Nərimanov rayonu gəlir. Belə ki, Nərimanovda ictimai iaşə dövriyyəsinin dəyəri 229 milyon 220.1 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2.4% çoxdur.

Üçüncü yerdə isə Nəsimi rayonu dayanır. Ötən il Nəsimidə ictimai iaşə dövriyyəsinin dəyəri 205 milyon 51 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 63.3% çoxdur.

Qeyd edək ki, kafe və restoranların dövriyyələrinin ən yüksək artım faizi Nəsimi ( 63.3% artım) və Pirallahı (15% artım) rayonlarında, azalma faizi isə Xəzər ( 1.3% azalma) rayonunda qeydə alınıb.

Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə ictimai iaşə dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb-azalma faizləri verilib:

Oxşar xəbərlər

Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları - SİYAHI
Bakıda 7 ayda kafe və restoranlar 828 mln. manat gəlir əldə ediblər
Bakıda 6 ayda kafe və restoranlar 700 mln. manatdan çox gəlir əldə ediblər
Azərbaycanda ictimai iaşə dövriyyəsi 21%-dən çox artıb
Azərbaycanda ictimai iaşə dövriyyəsi 10% artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle