MDM rəsmisi: "Texnoloji innovasiyalar yeni imkanlarla yanaşı ciddi risklər yaradır"
Azərbaycanın qiymətli kağızlar bazarında tətbiq olunan texnoloji innovasiyalar yeni imkanlarla yanaşı ciddi risklər də yaratmaqdadır.
"Report" xəbər verir ki, bunu Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədrinin müşaviri Müşfiq Əhmədli Bakıda keçirilən 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.
"Depozitar infrastrukturu nöqteyi-nəzərindən kiberhücumlar ciddi təhdidlər doğurur. Bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməməsi həssas məlumat itkisinə və əməliyyat gecikmələrinə səbəb ola bilər. Bu səbəbdən, MDM-in inkişaf strategiyasında informasiya təhlükəsizliyinin gücləndirilməsi təşəbbüsünə böyük önəm verilib, bu istiqamətdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə mütəmadi kiberdayanıqlığın gücləndirilməsi üzrə məlumat mübadiləsini həyata keçirilir. Hazırda veb tətbiqlərin təhlükəsizliyi, imtiyazlı istifadəçilərə nəzarət və kibertəhdidlərin aşkarlanması sistemləri real rejimdə tətbiq edilir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Milli Depozit Mərkəzindəki aktiv depo hesablarının sayı 40 %-dən çox artıb
Milli Depozit Mərkəzi investisiya fondlarına xidmət göstərməyə hazırlaşır
Rektor: "İnformasiya təhlükəsizliyi ciddi iqtisadi nəticələr doğurur"
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar dəyişdi
Bakı aeroportunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













