ATİB maliyyə göstəricilərini açıqlayıb
sizinxeber.az xəbər saytı

ATİB maliyyə göstəricilərini açıqlayıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ümumi gəlirləri 167 min 780 manat təşkil edib.

"Sizinxeber.az" xəbər verir ki, bunu ATİB-in İdarə Heyəti sədrinin müavini Tahsin Gündəm “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, gəlirlər əsasən üzvlük haqlarından əldə olunub. Belə ki, 66 müxtəlif müəssisə və şəxsdən üzvlük haqqı, 23 müəssisə və şəxsdən isə sponsorluq və ianələr daxil olub.

Hesabat dövründə qurumun ümumi xərcləri 184 min 907 manat təşkil edib. Xərclərin əsas hissəsi müxtəlif tədbir və toplantıların təşkili, ofis binasının icarəsi, əməkdaşların əməkhaqları, sosial ödənişlər və digər fəaliyyətlərlə bağlı olub.

T. Gündəm bildirib ki, noyabrın sonuna ATİB-in bütün maliyyə öhdəlikləri tam olaraq yerinə yetirilib. Birliyin aktivləri əsasən 3 min 490 manatlıq pul vəsaitləri və 5,2 min manatlıq debitor borclarından ibarətdir.

Qeyd edək ki, ATİB 2004-cü ilin aprel ayında 2002-ci ildə təsis edilmiş Türkiyə İş Adamları Dərnəyinin hüquqi varisi kimi fəaliyyətə başlayıb. Hazırda Birliyin 86 üzvü var.

Oxşar xəbərlər

Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
ATİB üzvlərinin sayını açıqlayıb
Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi ötən ilin maliyyə hesabatını verib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər edib
ATİB-in İdarə Heyəti yenidən formalaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər