Maliyyə Nazirliyi bu il 3 milyon manat artıq və əsassız ödəniş aşkar edib
sizinxeber.az xəbər saytı

Maliyyə Nazirliyi bu il 3 milyon manat artıq və əsassız ödəniş aşkar edib


Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 48 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 3 milyon 102 min manat artıq və əsassız ödənişlər aşkar edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, yanvar-iyun aylarında Dövlət Xidmətinin fəaliyyətinin əsas hissəsini Baş Prokurorluqdan daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar nəzarət tədbirlərinin aparılması təşkil edib. Belə ki, Prokurorluq orqanlarının məktublarına və qərarlarına əsasən 23 təşkilatda yoxlamalar aparılmış, bu yoxlamalarla 1 milyon 990,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, yoxlama materialları nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.

İş planına əsasən isə, Dövlət Xidməti 21 təşkilatda apardığı yoxlamalarla 1 milyon 106,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib və bu məbləği təqsirkar şəxslərin tərəfindən bərpa etməsi təmin olunub.

Bundan başqa, Dövlət Xidməti vətəndaş müraciətlərinə əsasən 4 təşkilatda göstərilənləri yoxlayıb, cəmi 4,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyini aşkar edib və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğa göndərilib.

Oxşar xəbərlər

Maliyyə Nazirliyi ötən il 126 təşkilatda nəzarət tədbirləri həyata keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maliyyə Nazirliyi I yarımildə 3 milyon manatdan çox əsassız ödəniş aşkar edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maliyyə Nazirliyi I yarımildə 27 nəfər vəzifəli şəxsə cərimə tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maliyyyə Nazirliyi I yarımildə 27 nəfər vəzifəli şəxsə cərimə tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası bu il 91 mln. manatlıq maliyyə pozuntusu aşkarlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər