Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manata çatıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manata çatıb


2025-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 769,2 min nəfər olub.

"Sizinxeber.az-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, onlardan 873,0 min nəfəri dövlət sektorunda, 896,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,6 faizi təhsil, 13,6 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2025-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 1095,0 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Oxşar xəbərlər

Azərbaycanda muzdla çalışan əhalinin sayı açıqlanıb
Azərbaycanda orta aylıq əmək haqqı 10%-dən çox artıb
Azərbaycanda orta aylıq əməkhaqqının həcmi açıqlanıb
Azərbaycanda orta aylıq əməkhaqqı 9%-ə yaxın artıb
Ötən il Azərbaycanda orta aylıq əməkhaqqı 8%-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər