Yerli investorlar ABŞ birjalarında öz adından ticarət edə biləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
iy
2025
17:00

Yerli investorlar ABŞ birjalarında öz adından ticarət edə biləcək

07 iy, 2025
17:00
993

Yerli investorlar ABŞ birjalarında öz adından ticarət edə biləcək

"Yerli bazarda olduğu kimi ABŞ bazarlarında da istiqrazların ticarətini təklif edəcəyik".

APA-Economics” xəbər verir ki, bunu “ABB İnvest”in icraçı direktoru Nadir Babazadə deyib.

O bildirib ki, “ABB-İnvest” bu ilin sonundan etibarən yerli yerli bazarda olduğu kimi ABŞ birjalarında ticarət edilən istiqrazların mobil tətbiq üzərindən təklif etməyə başlayacaq.

Nadir Babazadə əlavə edib ki, hazırda ABŞ şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli investor birbaşa öz adı ilə ABŞ birjasında ticarət olunan səhmlərə öz adından investisiya edə bilər. Bu isə investorların bur sıra risklərdən qoruyur.

Nadir Babazadə həmçinin qeyd edib ki, istiqrazların sığortası üzrə qanuna layihəsi üzərində hazırda iş davam etdirilir: ”Düzəlişlərin aparılması tövsiyə edilir. Yaxın zamanda bu ictimaiyyətə açıqlanacaq. Əsas məqsəd investorların qorumasını təmin etməkdir. Bu bütün tərəflərlərin həm Mərkəzi Bankın, həm də kapital bazarları iştirakçılarının marağındadır”.

Bizimlə əlaqə saxlayın