Sahil Babayev: "Elm və təhsil xərclərimiz beynəlxalq normativlərə uyğundur"
Maliyyə naziri Sahil Babayev Azərbaycanın dövlərt büdcəsində elm və təhsil xərclərinin ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisinin az olması ilə bağlı Milli Məclis üzvlərinin fikirlərinə münasibət bildirib.
"Report" xəbər verir ki, nazir mövqeyini parlamentin bu gün keçirilən plenar iclasında açıqlayıb.
"Elm və təhsil xərclərinə kompleks baxılmalıdır. 2024-cü ildə bu xərclər 4,8 milyard manat - ÜDM-in 4 %-i qədər proqnozlaşdırılıb. Bu isə beynəlxalq normativlərə uyğundur. Əksər ölkələrdə təhsil və elm xərcləri ÜDM-in 3-5 %-i qədər proqnozlaşdırılır. Eyni zamanda nəzərə alınmalıdır ki, elm və təhsil üzrə bir sıra xərclər hazırda dövlət büdcəsində fərqli bölmələrdə təsnifləşdirilir. Bu isə ümumi mənzərənin formalaşdırılmasında çətinlik yaradır. Hazırda elm və təhsil xərclərinin büdcə təsnifatının təkmilləşdirilməsi istiqamətində işlər aparılmaqdadır", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Təhsil xərcləri artırılır
Azərbaycan I rübdə təhsil xərclərini 9 % artırıb
Maliyyə naziri büdcə gəlirlərinin və xərclərinin ÜDM-dəki payını şərh edib
Maliyyə naziri büdcənin faktiki və proqnoz göstəriciləri arasındakı fərqə münasibət bildirib
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı alacaq şəxslərin hansı xərcləri qarşılanacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













