Türkiyəli nazir: "COP29 inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin yaxınlaşması üçün vacibdir"
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əlaqələrin genişlənməsi, onların yaxınlaşması baxımından çox vacibdir.
"Report"xəbər verir ki, bunu Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum COP29 çərçivəsində Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun açılış mərasimində bildirib.
"COP29-da qəbul ediləcək qərarların bütün dünya üçün uğurlu olacağına inanıram. Şəhərlərimizdə qaz emissiyalarının azalması və daha yaşamalı yerlərin olması üçün mübarizə aparırıq", - deyə o qeyd edib.
Bundan başqa, Türkiyə rəsmisi deyib ki, rəhbərlik etdiyi nazirlik bir sıra özəl qurumlarla əməkdaşlıq edir: "Suyun və digər məhsulların təkrar emalı çox vacibdir. Bu baxımdan təkrar emal sahəsinə investisiyalarımız davam edəcək".
Oxşar xəbərlər
COP29-da Türkiyə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini açıqlayacaq
Patrisia Skotlend: “COP29 iqlim fəaliyyəti və maliyyələşdirmə arasında fərqi aradan qaldırmaq üçün yeganə şansdır”
“Greenpeace” COP29-da inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsinin artırılmasına çağırır
COP29-da Azərbaycan, Türkiyə və BMT-nin birgə pavilyonunun açılışı olub
Elnur Sultanov: Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













