Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaq
“Bakı Metropoliteni” QSC-nin illik hesabatlarında enerji sərfiyyatı və enerjiyə qənaətlə bağlı məlumatlar dərc ediləcək.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O, qeyd edib ki, metro elektriklə çalışdığı üçün yaşıl nəqliyyat növü hesab olunur:
“Elektrik enerjisinə qənaət edilməsi ətraf mühit üçün ən vacib məsələlərdən biridir. Bakı metrosuna gətirilən yeni qatarların hər biri enerjidən səmərəli istifadəyə yönəldilib. Bu istiqamətdə nəticələr yeni qatarlar gəldikdən sonra daha aydın hiss edilir”.
B. Məmmədov bildirib ki, ilin sonuna qədər Bakıda istifadəyə veriləcək yeni nəsil 7 qatar da bu prosesə öz töhfəsini verəcək:
“Qatarlar qənaət etdiyi elektrik enerjisini digər qatara yaxud elektrik yarımstansiyasına ötürür. Bu, ilk növbədə ekologiyanın qorunması baxımından vacibdir. Bakı metropoliteni ən böyük enerji istehlakçısı olduğu üçün enerjiyə qənaət mühüm əhəmiyyət kəsb edir və bu, sərnişindaşıma xərclərinə də təsir göstərə bilər”.
Oxşar xəbərlər
Bakı metrosuna iki yeni qatar gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Metronun “Həzi Aslanov”-”Dərnəgül” istiqamətində qatarların çoxu yeni olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosuna 2 yeni qatar gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunda ventilyatorların fəaliyyəti payız rejiminə keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosu payız-qış rejiminə keçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












