Azərbaycan və Çinin Mülki Aviasiya qurumları arasında sənəd imzalanıb
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Çin Mülki Aviasiya Administrasiyasının Baş direktorunun müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mülki aviasiyada yeni əməkdaşlıq mərhələsi
Bu barədə “APA-Economics”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Məlumata görə, görüş zamanı iki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Tərəflər arasında hava əlaqəsinin inkişafı, təcrübə mübadiləsi məqsədilə nəzarət tədbirləri çərçivəsində aparılan yoxlamalarda birgə iştirak, təlimlərin təşkili və mülki aviasiya infrastrukturunun inkişafında əməkdaşlığın vacibliyi vurğulanıb.
Pekin-Bakı hava körpüsü
Çin Mülki Aviasiya Administrasiyası və Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi arasında mülki aviasiyanın müxtəlif sahələrində, o cümlədən hava əlaqəsinin inkişafı, mülki aviasiya infrastrukturu, dayanıqlı aviasiya, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi sahələrində əməkdaşlığı nəzərdə tutan sənəd imzalanıb.
Qeyd edək ki, bu, Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən 2025-ci il 23 aprel tarixində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan sonra iki tərəfin dövlət qurumları arasında keçirilmiş ilk görüşdür.
Oxşar xəbərlər
COP29 zamanı mülki aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Emin Əmrullayev Parisdə UNESCO Baş direktorunun müavini ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Prokurorluq ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












