AYNA: Ağdam-Füzuli yolunda qəza edən mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib
sizinxeber.az xəbər saytı

AYNA: Ağdam-Füzuli yolunda qəza edən mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib


AYNA bu gün Ağdam-Füzuli yolunda mikroavtobusun aşması və sərnişinlərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

AYNA-dan baş vermiş hadisə ilə bağlı “APA-Economics”ə bildirilib ki, qəza törədən mikroavtobus müntəzəm sərnişindaşıma və buraxılış kartı əldə etmədən qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub.

"Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm və müntəzəm sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” ilə tənzimlənir. Avtomobil nəqliyyatı ilə sifarişli daşımaları zamanı sürücüdə daşınmanın sifarişçisi və daşıyıcı tərəfindən təsdiq edilmiş formulyar olmalıdır. Formulyar elektron qaydada “AYNA” informasiya sisteminin elektron formulyar altsistemi üzərindən yaradılır. Qeyri-müntəzəm sərnişin daşımalarının formulyar doldurulmadan həyata keçirilməsi məsuliyyətə səbəb olur. Müvafiq icazə aldıqdan sonra sərnişindaşıma ilə məşğul olan sürücü reysqabağı tibbi, nəqliyyat vasitəsi isə texniki müayinədən keçməlidir. Sərnişinləri yalnız rəsmi qaydada fəaliyyət göstərən daşıyıcıların xidmətlərindən istifadə etməyə çağırırıq”, - məlumatda qeyd edilib.

Oxşar xəbərlər

AYNA: Ağdam-Füzuli yolunda aşmış mikroavtobus qeyri-qanuni sərnişin daşıyıb
Bakıda daha 2 avtobus marşrutu müsabiqəyə çıxarılır
Sərnişin və yük daşımaları üçün “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nı AYNA verəcək
İşğaldan azad olunmuş ərazilərə yeni avtobus marşrutları müsabiqəyə çıxarılır
Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər