Sizinxeber.az » İqtisadiyyat » Biznes » UNEC-in rektoru: "Universitetlər yalnız əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamamalıdır”

UNEC-in rektoru: "Universitetlər yalnız əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamamalıdır”

Universitetlər yalnız əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamamalıdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat universitetinin rektoru Ədalət Muradov “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusundakı konfransda deyib.

Onun sözlərinə görə, universitet modeli hazırda böhran yaşayır: "Hazırkı fəaliyyət əsası modeli nə bu günün, nə də gələcəyin tələblərinə tam cavab verir"

Rektor həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Təhsil Departamentini ləğv edəcəyini bəyan etməsinin təhsilin kommersiyalaşdırılması ilə bağlı narahatlıqları artırdığını bildirib: "Trampın ABŞ Təhsil Departamentini ləğv edəcəyi və bununla da təhsili kommersiyalaşdırmağa çalışacağı barədə bəyanatı, ABŞ-nin nüfuzlu universitetlərinin təhsil keyfiyyəti məsələsini də yenidən gündəmə gətirir. Ümumiyyətlə, mövcud universitet modeli nə bugünkü əmək bazarının, nə də sabahın tələblərinə uyğun mütəxəssis hazırlığını təmin edə bilir. Burada universitetin birbaşa günahı yoxdur. Sadəcə, universitetlər yaranan zaman qarşıya qoyulan vəzifələrlə 21-ci əsrdə qarşıya qoyulan vəzifələr fərqlidir. Birinci sənaye İnqilabı dövründə formalaşan universitet modeli, Dördüncü sənaye inqilabı dövrünün tələblərinə cavab verə bilmir və keçid edə bilmir."

Rektor bildirib ki, universitetlərin əsas missiyası yalnız müasir bilik və bacarıqlar aşılamaqdan ibarət olmamalıdır: "Universitet sadəcə bilik və bacarıqlar öyrətməməlidir, o, həm də ictimai təfəkkür və ictimai mədəniyyətin formalaşdırılmasına xidmət edən əsas institutlardan biri olmalıdır. Əgər universitetlər yalnız texniki bacarıqlara sahib, lakin dəyərlərdən məhrum kadrlar yetişdirirsə, bu, ali təhsilin missiyasına ziddir. Eyni zamanda, yalnız dəyərlərə sahib, lakin praktiki bilik və bacarıqları olmayan mütəxəssislər də uğurlu kadr sayıla bilməz. Təhsil gələcək inkişaf trayektoriyasını müəyyən etməli, yenilikçi yanaşmalarla cəmiyyətə töhfə verməlidir."

Rektorun sözlərinə görə, universitetlərin yalnız əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlaması onların mahiyyətini zəiflədir: "Ən çox eşitdiyimiz fikir budur ki, universitet əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamalıdır. Bizim fikrimizcə, bu, universitetin mahiyyətini məhvə aparan bir yanaşmadır. Universitet real sektorun arxasınca sürünməməlidir. O, gələcək inkişaf trayektoriyasını müəyyən edən, cəmiyyətə dəyərlər qazandıran və biliklə yanaşı, strateji düşüncə formalaşdıran bir institut olmalıdır."

UNEC rektoru vurğulayıb ki, müasir dövr universitetlərin qarşısında yeni çağırışlar qoyur və bu kontekstdə Azərbaycan üçün də unikal fürsət yaranıb.

Ə. Muradov əlavə edib ki, rəqəmsal təhsil və "ağıllı təhsil" konsepsiyası yeni universitet modelində əsas istiqamətlərdən biri olmalıdır.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !