"İrşad" elektronika mağazaları şəbəkələri arasında Azərbaycanda ən çox vergi ödəyən şirkət olub
Azərbaycanın ən çox vergi ödəyən şirkətləri ilə bağlı siyahının açıqlanması biznes mühitində şəffaflığın artırılması baxımından əhəmiyyətli addımlardan biri hesab olunur.
Beynəlxalq təcrübə göstərir ki, bir çox ölkələrdə bu cür məlumatların paylaşılması biznes subyektlərinin iqtisadiyyata verdiyi töhfənin daha aydın görünməsinə imkan yaradır. Həmçinin, bu cür açıqlamalar şirkətlərin fəaliyyətində şəffaflıq prinsipinin nə dərəcədə ön planda olduğunu nümayiş etdirir.
Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan özəl sektorun aparıcı nümayəndələrindən biri olan İrşad da ölkənin ən çox vergi ödəyən 100 şirkətləri arasında yer alıb. Son illərdə dinamik inkişaf yolu keçən şirkət, həm iqtisadi göstəriciləri, həm də dövlət büdcəsinə verdiyi töhfə ilə diqqət çəkir.
Açıqlanan rəsmi siyahıya əsasən, İrşad 2024-cü ildə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən 100 vergi ödəyicisinin siyahısında yer alıb. Şirkətin ödədiyi vergi məbləği 14,3 milyon manat təşkil edib ki, bu da onun iqtisadi aktivliyinin və bazardakı mövqeyinin göstəricisidir.
Azərbaycanda bu cür məlumatların ictimaiyyətə təqdim olunması, həm biznes sektorunda rəqabət mühitini gücləndirir, həm də istehlakçıların seçim meyarlarına təsir göstərir. Müasir istehlakçı davranışları üzərində aparılan araşdırmalar da göstərir ki, vətəndaşlar daha çox şəffaf və sosial məsuliyyətli şirkətləri seçməyə meyillidirlər.
İrşad-ın bu siyahıda yer alması onun bazardakı mövqeyinin və iqtisadi aktivliyinin göstəricisi olmaqla yanaşı, həm də ölkə iqtisadiyyatına töhfəsinin bariz nümunəsidir.
Azərbaycanın ən çox vergi ödəyən şirkətləri siyahısı ölkə iqtisadiyyatında mühüm rol oynayan müəssisələri müəyyən etməklə yanaşı, biznes sektorunda şəffaflıq və inkişaf göstəricilərini də əks etdirir. Siyahı ilə buradan ətraflı tanış ola bilərsiniz:
Oxşar xəbərlər
Elektronika mağazaları şəbəkələri arasında İrşad Azərbaycanın ən çox vergi ödəyən şirkəti olub
Ötən il ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı açıqlanıb
Mikayıl Cabbarov: "Dayanıqlı iqtisadi inkişafda vergi xidmətinin böyük rolu var"
Şahin Bağırov: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınma ehtimalının minimuma endirib"
Tailand böyük vergi islahatlarına hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












