Zelenski: Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşır
sizinxeber.az xəbər saytı

Zelenski: Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşır


Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinin hazırlığı ilə məşğuldur.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı artıq mübadilə üçün zəruri olan sənədləri və siyahıları hazırlayıb, Rusiya tərəfi ilə müntəzəm əlaqə saxlayır.

"Bu il artıq baş tutmuş mübadilələrin nəticələrini və sonrakıların hazırlığını müzakirə etdik. Ümid edirik ki, yaxın vaxtlarda Rusiyada və müvəqqəti işğal olunmuş ərazidə əsirlikdə olan ukraynalıları evdə qarşılaya biləcəyik", - bəyanatda bildirilib.

Zelenskinin sözlərinə görə, bütün kateqoriyalar üzrə Ukrayna vətəndaşlarının - jurnalistlərin, məmurların və hərbçilərin geri qaytarılması üzərində iş aparılır.

Fevralda Ukrayna lideri bəyan edib ki, Rusiyada 7 min, Ukraynada isə 4 min əsir saxlanılır.

Oxşar xəbərlər

Zelenski: Rusiya və Ukrayna növbəti əsir mübadiləsinə hazırlaşır
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin növbəti mərhələsi baş tutub
Zelenski Rusiya ilə məhbus mübadiləsinin yeni mərhələsinə hazırlıq barədə məlumat verib
BMT Rusiya ilə Ukrayna arasında aparılan əsir mübadiləsini alqışlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər