Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Milli Qurtuluş Günü münasibətilə Nyu-Yorkda diaspor üzvləri ilə görüşüb
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Nyu-York və ətraf ərazilərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ilə görüşüb.
“Report”un ABŞ bürosu xəbər verir ki, görüşdə diplomat Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb, Ümummilli Lider Heydər Əliyevin siyasi strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Səfir həmçinin, 44 günlük Vətən müharibəsi, 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, habelə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi barədə danışıb.
Səfir BMT çərçivəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyətdən bəhs edərək beynəlxalq platformalarda ölkənin maraqlarının müdafiəsi istiqamətində görülən işləri qeyd edib.
Görüş çərçivəsində diaspor təşkilatlarının fəaliyyəti yüksək qiymətləndirilib, onların təşəbbüslərinin vacibliyi vurğulanıb, gələcək fəaliyyətləri üçün uğurlar arzulanıb və yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi türkiyəli həmkarı ilə görüşüb
Azərbaycanda Milli Qurtuluş Günüdür
Yaşar Əliyev Quterreşlə görüşüb
Nyu Yorkda Azərbaycan bayrağı qaldırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













