Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq
sizinxeber.az xəbər saytı

Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq


Sumqayıt şəhərinin 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq.

“Report”un yerli bürosu məlumat verir ki, konsert noyabrın 26-da saat 18:00-da Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda təşkil ediləcək.

Konsert proqramında Azərbaycanın tanınmış müğənniləri iştirak edəcək.

Qeyd edək ki, 1949-cu il noyabrın 22-də Sumqayıta şəhər statusu verilib. Sumqayıt ötən dövr ərzində zəngin inkişaf yolu keçərək Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilub. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib.

Şəhərin 75 illiyi ilə bağlı əsas küçə və prospektlərinə xüsusi işıqlandırma sistemi quraşdırılıb, parklar, mərkəzi meydanlar və digər ictimai məkanlar yeni dekorativ elementlərlə bəzədilib.

Oxşar xəbərlər

Sumqayıtın 75 illiyi ilə bağlı tədbirlər görülür - FOTO
Gəncədə Zəfər Günü ilə bağlı konsert və atəşfəşanlıq olacaq
Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olacaq
Sumqayıtda Zəfər Günü ilə bağlı konsert olub
Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər