Nazir: Mədəniyyət işçilərinin mənzillə təmin edilməsi üçün fərqli mexanizmlər var
Mədəniyyət sahəsində çalışan işçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində bir çox tədbirlər görülüb, onların mənzil şəraitinin yaxşılaşdırılması və mənzillə təmin edilməsi üçün fərqli mexanizmlər var.
"Sizinxeber.az" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, güzəştli şərtlərlə mənzillərin əldə edilməsində mövcud mexanizmlərdən istifadə edilməsi üçün müvafiq qurumlarla danışıqlar aparılır.
"Çalışacağıq ki, mədəniyyət işçiləri bu şəraitdən yararlana bilsinlər. Bunun üçün xüsusi şərtlərin mövcud olması müzakirə mövzusudur, müəyyən şərtlər var, növbəlilik prinsipi var. Mədəniyyət sahəsində çalışan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bu mexanizmlər istifadə edilməlidir. Gələcəkdə, təbii ki, əlavə olaraq xüsusi mənzillərin təqdim edilməsi baxımından yeni mexanizmlər mövcud olarsa, onlardan da istifadə etməyi düşünürük".
Oxşar xəbərlər
İlham Əliyevdən Şuşa ilə bağlı sərəncam
Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması üçün yeni layihələr nəzərdə tutulur
Nazir: Qısa zamanda mədəniyyət müəssisələrindəki vakant yerlərə mərhələli şəkildə təyinatlar olacaq
Azərbaycanda bu şəxslərə
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













