Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim edilib
sizinxeber.az xəbər saytı

Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim edilib


Qarabağ şəhidlərinin əziz xatirəsinə ithaf olunmuş Azərbaycan Televiziyasının “Xüsusi layihələr” studiyası tərəfindən hazırlanan “Atamın kölgəsində” qısametrajlı bədii filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.

"Report" xəbər verir ki, təqdimatda sənət adamları, ictimai nümayəndələr, şəhid ailələri iştirak edib.

Böyük bir heyətin yer aldığı “Atamın kölgəsində” filminin yaradıcı heyəti səhnəyə çıxaraq filmin şəhid ailələrinə və onların övladlarına ithaf olunduğunu qeyd edib. 44 günlük savaşda canlarından keçən şəhidlərimiz və onların ailələrində yaşanan bu kədərli hadisənin bir hissəsini ekranlara daşımanın məsuliyyətindən danışıblar.

Film 44 günlük Vətən Müharibəsində atasını itirən bir oğlanın həyatından bəhs edir. Şəhid ailələrində yaşanan ağrılar, acıların bir qismi filmdə öz əksini tapıb.

Filmin layihə rəhbəri Həmid Həsənzadədir. Nümayiş böyük rəğbətlə qarşılanıb.

Oxşar xəbərlər

Şuşada "Böyük Qayıdış: Qarabağ" filminin nümayişi baş tutub
İmişlidə "Muğanda Kino Günləri" çərçivəsində filmlər nümayiş olunacaq
Heydər Əliyevin Türk dünyası ölkələrinə səfərlərindən bəhs edən sənədli filmin təqdimatı olub
Tbilisidə Vətən müharibəsinə həsr olunmuş "Komando" tamaşası nümayiş etdirilib
"Hadrut, sən azadsan!" filmi təqdim edilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər