XIX Bakı Caz Festivalının açılışı olub
XIX Bakı Caz Festivalına braziliyalı məşhur basçı Munir Hossnun konserti ilə start verilib.
“Report”un məlumatına görə, oktyabrın 17-də yenilənmiş “Jolly Joker” məkanında “XIX Baku Jazz Festival”ın açılış konseri baş tutub.
Çoxsaylı mədəniyyət xadimləri və caz həvəskarlarının qatıldığı gecənin açılışından sonra festivalın təşkilatçısı və bədii rəhbəri Rain Sultanov, həmçinin Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Monteneqro çıxış ediblər.
Festivalda iştirak məqsədilə Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən Munir Hossn dəvət üçün təşkilatçılara minnətdarlığını bildirib.
Braziliyalı ifaçını səhnədə “ELAS” qadın qrupu “Mayte Gonzales (piano), Mariana Pilatos (fleyta), Yissi Qarsiya (zərb alətləri), Mişel Velkons (zərb alətləri) müşayiət edib:
Konsertdən sonra Munir Hossn azərbaycanlı musiqiçilərlə birlikdə cem-sessiya keçirib.
11 ölkədən caz ifaçılarının qatıldığı XIX Bakı Caz Festivalı oktyabrın 27-nə qədər davam edəcək. Festival çərçivəsində çoxsaylı konsert proqramları ilə yanaşı, müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub.
Oxşar xəbərlər
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub
Nabil Munir: Tarixdə ən isti ilin şahidi oluruq
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib - FOTO
Bakıda "TeamGym" üzrə XV Avropa çempionatının açılış mərasimi keçirilib
Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













