Aygün Bəylərlə vida mərasimi başa çatıb - YENİLƏNİB
- 8-01-2024, 13:32
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 051
Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi başa çatıb.
“Report” xəbər verir ki, Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində təşkil olunan vidaya mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin rəsmiləri, sənət adamları qatılıblar.
Çıxış edənlər Əməkdar artistlə bağlı xatirələrini bölüşüblər.
Bəstəkar Cavanşir Quliyev A.Bəylərin sənətə gəlməsindən danışıb. O deyib ki, A.Bəylərin ifasını qiymətləndirmək üçün ilk dəfə "Qaragilə" mahnısını oxumağını istəyib: "Birinci görüşümüzdə dedi ki, mahnı oxumaq istəyirəm. Mən də həmişə müğənniləri "Qaragilə" mahnısı ilə yoxlayıram. Dedim, oxuya bilərsənmi? Cavab verdi ki, sözlərini yaxşı bilmirəm. Sözləri yazıb verdim, oxudu. Elə oxudu ki, dedim sənə kim deyib ki, oxuya bilmirsən? Beləcə Aygünün müğənnilik həyatı başladı".
Xalq artisti Həmidə Ömərova mərhum Əməkdar artistin son konsertində iştirak etdiyini söyləyib: "Aygün Bəylər çox sevincli idi. Elə bil ki, birinci dəfə oxuyurdu. O konserti çox böyük ustalıqla verdi. Biz onu çox sevirdik və hər zaman da sevəcəyik".
Bacısı Zümrüd Hümmətova A.Bəylərin müalicəsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya, Heydər Əliyev Fonduna təşəkkür edib.
Hazırda mərhumun nəşi dəfn edilmək üçün Suraxanı kənd qəbiristanlığına aparılır.
Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi keçirilir.
“Report” xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin rəsmiləri, sənət adamları iştirak edirlər.
Əməkdar artist Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib.


width="220" alt="Aygün Bəylərlə vida mərasiminin keçiriləcəyi yer AÇIQLANDI" />
width="220" alt="Aygün Bəylərlə vida mərasiminin keçiriləcəyi yer açıqlanıb" />
width="220" alt="Məhkəmə çəkişməsində olduğu müğənnidən Aygün Bəylərlə bağlı paylaşım - FOTO" />
width="220" alt="Mədəniyyət Nazirliyi Aygün Bəylərin ölümü ilə bağlı nekroloq yayıb" />
width="220" alt="Aygün Bəylərin ən böyük arzusu..." />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />