Almaniya rəsmisi: "Karbon qiymətləndirmə alətləri getdikcə daha vacib rol oynayır"
sizinxeber.az xəbər saytı

Almaniya rəsmisi: "Karbon qiymətləndirmə alətləri getdikcə daha vacib rol oynayır"


Karbon qiymətləndirmə alətləri milli və beynəlxalq iqlim məqsədlərinə çatmaqda getdikcə daha vacib rol oynayır.

"Report" xəbər verir ki, bunu Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Yoxen Flesbart noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Ədalətli karbon qiymətləndirməsi: Dünyada karbonun qiymətləndirilməsinə doğru yol" mövzusunda tədbirdə bildirib.

“Xüsusilə aşağı və orta gəlirli ölkələr bu alətləri daxili resursları səfərbər etməkdə ümidverici vasitə kimi qəbul edir. Düzgün tərtib edilmiş karbon qiymətləndirməsi təkcə əhəmiyyətli gəlir əldə etməklə kifayətlənmir, həm də vergi bazasını genişləndirir və davamlı inkişafı maliyyələşdirir”, - deyə o qeyd edib.

Almaniya rəsmisinin sözlərinə görə, bu alətlər bərpa olunan enerji mənbələrinə və enerji səmərəliliyinə yatırılan sərmayələr vasitəsilə aşağı karbonlu iqtisadiyyata keçidi dəstəkləmək üçün istifadə oluna bilər: “Bununla belə, karbon qiymətləndirməsinin uğuru ölkəyə xas olan kontekstlərə diqqətlə uyğunlaşdırılmasından asılıdır. Xüsusilə inkişaf etməkdə olan, yeni ortaya çıxan iqtisadiyyatlarda bu proses digər davamlı inkişaf məqsədlərinə mane olmamalıdır. Odur ki, karbon qiymətləndirmə siyasətləri yerli iqtisadi və institusional şərtlərə uyğunlaşdırılmalıdır. Əsas narahatlıqlar paylanma təsirləri, rəqabət qabiliyyəti və emissiya sızması ilə bağlıdır. Bu tədbir karbon qiymətləndirmə alətlərinin inkişaf etməkdə olan iqtisadiyyatlarda tətbiqi ilə bağlı çağırışları və yaxşı təcrübələri paylaşmaq üçün mühüm platformadır".

Oxşar xəbərlər

IOTA-nın icraçı katibi: "Karbon qiymətləndirilməsi mövzusu COP29-da diqqət mərkəzində olacaq"
ADB: Karbon qiymətqoyma iqlim dəyişikliyi ilə mübarizədə yetərli deyil
EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb
Vergi rəsmisi: "Dünyada karbon vahidlərinin 24 %-i karbon qiyməti ilə əhatə olunur"
Bakıda karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfrans keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle