İtki və Zərərə cavab verən Fond Bakıda tarixi nailiyyət əldə edib
İtki və Zərərə cavab verən Fondun İdarə Heyətinin Azərbaycanın COP29 Prezidentliyinin ev sahibliyi ilə Bakıda keçirilən Üçüncü İclasında Fondun tam fəaliyyətə başlaması ilə bağlı mühüm qərarlar qəbul edib.
Sizinxeber.az xəbər verir ki, bu qərarlar COP27-də Fondun yaradılmasından və onun COP28-də fəaliyyətə başlamasına dair qərardan bəri uzun müddət davam edən diplomatik danışıqlardan sonra Fondun 2025-ci ildə ilk dəfə maliyyə vəsaiti ayırması üçün zəmin yaradır.
COP29 Prezidentliyi Bakıda keçiriləcək COP29 sammiti çərçivəsində fonda artıq təxmini 800 milyon dollar məbləğində vəsait vəd vermiş ölkələrlə bu vədlərin xüsusilə ehtiyacı olan icmalara ödənilməsi üçün hazır maddi maliyyəyə çevirilməsi istiqamətində işləyəcək. Prezidentlik, həmçinin əlavə töhfələrin verilməsi üçün də çağırışlar edəcək.
Bakı görüşü COP29 Sədrliyinin iyul ayında Tərəflərə ilk Məktubunda qeyd olunduğu kimi, builki qlobal iqlim prosesi üçün əsas məqsədlərindən birinin yerinə yetirilməsi istiqamətində mühüm addımdır.
İclas zamanı, həmçinin iclasda İbrahima Şeyx Dionq (Ibrahima Cheikh Diong) Fondun İcraçı Direktoru seçilib. Bununla yanaşı, İdarə Heyəti Dünya Bankının Fonda ev sahibliyi sazişini və qəyyumluq razılaşmalarını təsdiqləyib.
Fondun Bakı iclasında itki və zərər sahəsində maliyyə mexanizmləri üzrə illik Yüksək Səviyyəli Dialoqun COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin Sammiti zamanı başladılmasına dair qərar qəbul olunub.
COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bildirib: "Bakıdakı bu uğur iqlim dəyişmələri ilə bağlı fəaliyyətin təmin edilməsində həlledici addımdır. Bu, həqiqətən də tarixi bir gündür, iqlim dəyişmələrinə xüsusilə həssas olanların ehtiyaclarının qarşılanması üçün illərdir hazırlanan və xüsusi qətiyyət tələb edən bir nailiyyətdir. COP29 Prezidentliyi Fonda əlavə töhfələrin verilməsi və bugünkü tarixi nailiyyətin davam etdirilməsi üçün itki və zərər sahəsinə geniş diqqət ayıracaq.
Oxşar xəbərlər
İqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun 3-cü iclası Bakıda keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: COP 29-un əsas hədəfi Paris Razılaşmasının bütün müddəaları üzrə iqlim dəyişikliyi ilə effektiv mübarizənin yollarını müəyyənləşdirməkdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: COP 29-un əsas hədəfi Paris Razılaşmasının bütün müddəaları üzrə iqlim dəyişikliyi ilə effektiv mübarizə aparılması yollarını müəyyənləşdirməkdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: İtki və Zərərə cavab verən Fondu tam işə salmaq lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Still: COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












