Fuad Sadıqov: "Bu il kənd təsərrüfatı üzrə sığorta ödənişləri iki dəfə artacaq"
sizinxeber.az xəbər saytı

Fuad Sadıqov: "Bu il kənd təsərrüfatı üzrə sığorta ödənişləri iki dəfə artacaq"


Bu il Azərbaycanda kənd təsərrüfatı sahəsində baş vermiş hadisələrə görə sığorta ödənişləri iki dəfə artacaq.

“Report” xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiya Forumunda deyib.

Onun sözlərinə görə, bu artım sığortanın fermerlərin davamlı və dayanıqlı fəaliyyət göstərməsi üçün nə qədər vacib olduğunu bir daha nümayiş etdirir:
“2025-ci ildə kənd təsərrüfatında baş vermiş hadisələrə görə ediləcək sığorta ödənişlərinin həcmi əvvəlki illərlə müqayisədə təxminən iki dəfə artıq olacaq. Bu da onu göstərir ki, aqrar sığorta fermerlərin risklərə qarşı müdafiəsində mühüm rol oynayır”.

F. Sadıqov qeyd edib ki, sahədə hələ də bəzi problemlər qalmaqdadır: “İnsanlar bəzən sığortanın mahiyyətini tam anlamır və ya əvvəlki təcrübələrdə müəyyən çətinliklərlə qarşılaşıblar, bu da inamın azalmasına səbəb olub. Lakin biz bu inamı birgə əməkdaşlıqla bərpa edəcəyik. Bunun yeganə yolu isə vaxtında və şəffaf şəkildə ödənişlərin həyata keçirilməsidir”.

O əlavə edib ki, son iki il ərzində Fond tərəfindən ödənilən zərər kompensasiyalarının məbləği 15 milyon manata çatıb: “Təkcə 2025-ci ilin ilk dörd ayında artıq 3 milyon manatdan çox ödəniş edilib. Hazırda xüsusilə Ağcabədi, Tərtər və Ağdam rayonlarında taxıl və pambıq sahələrində ciddi zərərlər qeydə alınıb. Bu zərərlərin dəqiq həcminin müəyyən edilməsi və qiymətləndirilməsi prosesi hazırda davam edir”.

F. Sadıqov deyib ki, pambıq sahələri üzrə son 3 ildə ödənilən sığorta ödənişlərinin həcmi 2,5 milyon manatı ötüb: "Hər il Aqrar Sığorta Fondu tərəfindən 25 min hektara yaxın pambıq əkin sahələri sığortalanır".

Oxşar xəbərlər

Fuad Sadıqov: "Azərbaycanda əkin sahələrinin 94 %-i aqrar sığorta xidmətlərinə əlçatandır"
Fuad Sadıqov: "Aqrar Sığorta Fondunun ötənilki ödənişləri bütün ölkəni əhatə edib"
Sədr: "Aqrar Sığorta Fondu əkin sahələrinin 98 %-ni əhatə etmək gücündədir"
Azərbaycanda aqrar sığorta ödənişləri 46 %-ə yaxın artıb
Azərbaycanda aqrar sığorta potensialının 90 %-dən istifadə olunmur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər