Mikayıl Cabbarov: “Ötən il güzəştli kredit hesabına 3 276 investisiya layihəsi maliyyələşdirilib”
Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit ayrılıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu kreditlər hesabına 3 000-dən çox yeni iş yeri yaradılıb: “Kreditlərin layihə sayı üzrə 99,8 %-i, məbləğ üzrə isə 91,1 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib”.
Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu () tərəfindən ümumi dəyəri 459,9 mln. ₼ olan 3.276 layihəsinin maliyyələşdirilməsinə 193,8 mln. ₼ …
— Mikayil Jabbarov (@MikayilJabbarov)
Oxşar xəbərlər
Azərbaycanda etiket istehsalçısına 1 milyon manat güzəştli kredit ayrılıb
Mikayıl Cabbarov: Ölkəmizin tərəqqisinin 2024-cü ildə də davam edəcəyinə əminik
Mikayıl Cabbarov: "Azərbaycanda logistikaya investisiya üçün yaxşı imkanlar var"
Azərbaycanda sosial müavinətlər və təqaüdlərlə bağlı YENİLİK
Sumqayıt Kimya Sənaye Parkından ixracın dəyəri 3 milyard manatı keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













