Главная > Region > NATO XİN başçılarının iclasında müzakirə olunacaq məsələlər açıqlanıb
NATO XİN başçılarının iclasında müzakirə olunacaq məsələlər açıqlanıb10-05-2025, 19:30. Разместил: Rss Bot Report |
|
Mayın 14-15-də Türkiyənin Antalya şəhərində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək. “Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildirib. Qeyd olunub ki, NATO-nun 32 müttəfiqinin təmsil olunduğu iclas alyansın dövlət və hökumət başçılarının iyunun 24-25-də Haaqada keçirəcəkləri Zirvə görüşünə hazırlıq olacaq. İclas çərçivəsində müttəfiq ölkələrin xarici işlər nazirləri, NATO Baş katibi və digər yüksək səviyyəli alyans rəsmilərinin mayın 14-də Hakan Fidanın ev sahibliyi etdiyi tədbirdə bir araya gəlməsi gözlənilir. Alyansın mayın 15-də səhər saatlarında keçiriləcək qeyri-rəsmi sessiyasında qurumun gündəliyində duran prioritet məsələlərlə bağlı Haaqa Sammitində qəbul oluna biləcək qərarlar müzakirə ediləcək. Вернуться назад |